2-ci tip şəkərli diabet

2-ci tip şəkərli diabet ən çox rast gəlinən diabet növüdür. Bütün diabet hallarının %90-ı Tip 2 diabetdir. Tip 2 diabetin inkişafında 2 mühüm amil rol oynayır: İnsulin ifrazının pozulması (azalması) və bədənin insulin təsirinə qarşı müqaviməti.

Əksər hallarda diabet əlamətləri görünmür, diaqnoz adətən təsadüfən qoyulur. 45 yaşdan yuxarı, artıq çəkisi olan şəxslərdə daha tez-tez müşahidə olunur.

2-ci tip şəkərli diabetin yaranma səbəbləri

Genetik meyllilik, piylənmə (obezite) və fiziki hərəkətsizlik Tip 2 diabeti tətikləyən amillər arasındadır.

Xəstəliyin təməlində, genetik olaraq meylli şəxslərdə həyat tərzi ilə bağlı yaranan insulin müqaviməti və zamanla insulin ifrazının azalması dayanır.

Tip 2 diabet halların neçə faizini təşkil edir?

2-ci tip şəkərli diabet genetik və ətraf mühit amillərinin rol oynadığı mürəkkəb (heterogen) bir xəstəlikdir. Tip 2 Diabetin əsasında insulin müqaviməti və insulin ifrazının pozulması dayanır.

Aparılan bir çox araşdırmada insulin müqavimətinin insulin ifrazı pozulmasından daha əvvəl ortaya çıxdığı müəyyən edilmişdir.

Tip 2 Diabetin səbəbləri və mexanizmlərində genetik və ətraf mühit amilləri həlledicidir. Genetik amillər insulin ifrazında pozulmalara səbəb olur.

Ətraf mühit amilləri arasında isə oturaq həyat (hərəkətsizlik və masaarxası iş) piylənməni tətikləyir, piylənmə insulin müqavimətinə səbəb olur və nəticədə diabet qaçılmaz bir hala gəlir.

2-ci tip şəkərli diabetin əlamətləri

  • Tez-tez sidiyə çıxma

  • Çox su içmə

  • Çox yemək yemə, iştahsızlıq

  • Ağız quruluğu

  • Halsızlıq, tez yorulma

  • Gecələr sidiyə çıxma

  • Təkrarlanan göbələk infeksiyaları

  • Bulanıq görmə

  • Davamlı (sağalmayan) infeksiyalar

  • Qaşınma

Tip 2 diabetin diaqnozu necə qoyulur?

  • Günün istənilən vaxtı ölçülən qan şəkəri 200 mq/dl-dən yuxarıdırsa,

  • Aclıq qan şəkəri 126 mq/dl-dən yuxarıdırsa,

  • Oral qlükoza tolerantlıq testi (qlükoza yükləməsindən 2 saat sonra qan şəkərinin 200 mq/dl-dən yuxarı olması).

2-ci tip şəkərli diabet müalicəsi

  • Diabetə uyğun pəhriz

  • Xəstəyə məxsus fiziki hərəkət proqramı

  • Normal antidiyabetik müalicə dediyimiz həblərlə (dərmanlarla) müalicə. Bunların arasında insulin ifrazını artıranlar, insulinin təsirini hədəf orqanlarda gücləndirən dərmanlar və bağırsaqdan sorulmanı tənzimləyənlər əsas yer tutur.

Tip 2 diabet xəstələrində orqan zədələnməsi

Yeni yaranmış diabet hallarında orqan zədələnməsi mümkün deyil. Lakin gec diaqnoz qoyulan və ya qan şəkərinin yüksəkliyinə xəstə tərəfindən əhəmiyyət verilmədiyi hallarda ciddi həyati orqan zədələnmələri ilə qarşılaşmaq olar.

Bunların başlıcaları: göz, böyrəklər və ürək-damar sistemi xəstəlikləridir.

Bunları anlamaq üçün aşağıdakı müayinələr aparılır:

  • Göz dibi müayinəsi

  • Böyrək funksiyalarının testləri

  • 24 saatlıq sidikdə zülal miqdarı

  • Ürək-damar sistemi üçün EKQ (Elektrokardioqramma), fiziki yük sınağı (efor testi) və angioqrafiya əsas diaqnoz testləridir.

  • Neyropatiya (sinir zədələnməsi) üçün EEQ (Elektroensefaloqrafiya), sidik kisəsinin funksiya testləri və nevroloji müayinə əsasdır.

2-ci tip şəkərli diabetdən qorunmaq

  • İlk mərhələdə həyat tərzində dəyişikliklər edilməlidir.

  • Artıq çəkidən xilas olmalı, pəhriz proqramına mütləq əməl olunmalıdır.

  • Gündəlik olaraq xəstəyə məxsus yaradılacaq fiziki hərəkət proqramları tətbiq edilməlidir.

  • Xəstəyə verilən həb və ya insulin müalicəsinə (və ya bu iki qrup dərman birlikdə də tətbiq olunur) mütləq nizam-intizamlı şəkildə əməl edilməli, dərman müalicəsinin vaxtında və davamlı olması təmin edilməlidir.

Vacib Xəbərdarlıq: Bu məqalə yalnız məlumatlandırma məqsədi daşıyır və peşəkar tibbi məsləhəti, diaqnozu və ya müalicəni əvəz etmir.