İnsulin dirənci – əsas əlamətləri və müalicəsi

insulin dirənci əlamətləri

İnsulin dirənci, insan bədənindəki əzələlərin, yağların və qaraciyərdəki hüceyrələrin insulinə düzgün şəkildə reaksiya verə bilmədiyi və bu səbəbdən də enerji qazanmaq üçün qanda olan qlükozadan istifadə edə bilmədiyi vəziyyət kimi təyin edilir.

Mədəaltı vəzi, qanda artım göstərən qlükoza səviyyəsini kompensasiya etmək və hüceyrələrdə inkişaf edən müqaviməti qırmaq məqsədilə, daim əlavə insulin istehsal edir. Bu da zaman keçdikcə qan şəkəri səviyyəsinin yüksəlməsinə səbəb olur. 

Orta hesabla hər üç fərddən birini təsir etdiyi müəyyən edilən insulin müqaviməti sindromu:

  • Piylənmə,  
  • Yüksək təzyiq, 
  • Yüksək xolesterol, 
  • Tip 2 diabet kimi tibbi problemlərə yol aça bilər.

İnsulin dirənci səbəbləri və risk faktorları nələrdir?

Ailə üzvlərində insulin müqaviməti və ya tip 2 diabet xəstəsi olan şəxslərin, genetik amillər səbəbindən insulin müqaviməti yaratması ehtimalı daha yüksəkdir. 

Bununla yanaşı idmandan uzaq, hərəkətsiz bir həyat tərzi və həddindən artıq kalori tərkibli qidalarla qidalanma kimi ətraf mühit amilləri də insulin müqavimətinin yaranmasına töhfə verir. 

Bu vəziyyətdən ən çox əzələ, yağ və qaraciyər toxumaları təsirlənir. 

İnsulin dirənci riskini artıran amillər arasında bunlar var:

  • Xüsusilə qarın bölgəsində yağlanmanın görünməsi 
  • Piylənmə
  • Aktiv olmayan həyat tərzi
  • Karbohidrat ağırlıqlı pəhriz
  • Gestasional diabet (hamiləlikdə diabet)
  • Alkoldan asılı olmayan qaraciyər yağlanması
  • Polikistik Yumurtalıq Sindromu 
  • Ailə üzvlərində diabet tarixçəsi
  • Siqaret çəkmə  
  • Yüksək yaş (xüsusilə də 45 yaş və sonrası)
  • Cushing Sindromu və Akromeqaliya kimi hormonal pozğunluqlar
  • Steroidlər, antipsixotiklər və HİV dərmanları
  • Yuxu apnesi kimi yuxu pozğunluqları

İnsulin dirənci əlamətləri nələrdir?

Xəstələr, insulinə dirənc göstərərkən çox vaxt açıq şəkildə hiss edə biləcəkləri əlamət və ya tapıntılara sahib deyillər. 

İnsulin müqavimətini müəyyən etmək üçün qan şəkəri səviyyələrini yoxlayan bir qan testi etdirmək lazımdır. Bu test, eyni zamanda insulin dirənci testi kimi də tanınır. 

Yenə eyni şəkildə insulin müqaviməti sindromunun ayrılmaz bir hissəsi olan yüksək təzyiqdə də xolesterol səviyyələri və yüksək triqliseridlər kimi digər amillərin nəzarət edilməsi məqsədilə bir sıra testlərin aparılması və nəticələrin mütəxəssislər tərəfindən araşdırılması lazımdır.

Normal şərtlər altında bir fərdə insulin müqaviməti diaqnozu qoyula bilməsi üçün, bu maddələrin minimum üç ədədinin fərddə ortaya çıxması lazımdır:

  • Kişilərdə 95, qadınlarda 80 sm bel çevrəsi
  • 130/80 və ya daha yüksək təzyiq dəyərləri
  • 100 mg/dL dəyərindən yuxarı bir səviyyədə aclıq qlükoza və ya şəkər səviyyəsi
  • 150 mg/dL dəyərindən yuxarı bir səviyyədə aclıq triqliserid səviyyəsi 
  • Kişilərdə 40 mg/dL, qadınlarda 50 mg/dL altında HDL xolesterol səviyyəsi
  • Dəridə ləkələnmələr və akantozis niqrikans adlandırılan tünd və məxməri dəri ləkələnmələri.

İnsulin dirənci diaqnozu necə qoyulur?

Endokrinoloq həkim, xəstə şəxsdə insulin dirəncinin varlığını anlamaq üçün ilk növbədə şəxsin ailəsinin tibbi keçmişini soruşur. 

Bununla yanaşı xəstənin çəki və boyunu ölçərək, bədən kütlə indeksini müəyyən edəcəkdir.

Ardından da təzyiq yoxlanılır. Bu ölçmələr nəticəsində şəxsin insulin dirənci üçün potensial daşıması mümkündürsə, lazımi qan testləri aparılır. 

Bu qan testləri arasında aclıq plazma qlükoza, oral qlükoza tolerantlığı və hemoqlobin A1c adlı testlər var.

Aclıq plazma qlükoza testi minimum 8 saat ərzində heç nə yeməməyi tələb edir. Bu səkkiz saatdan sonra qan şəkəri səviyyələri ölçülür.

Oral qlükoza tolerantlığı testi aclıq qlükoza testindən sonra aparılır. Aclıq qlükoza testindən sonra isə şəkərli bir məhlul içilir və iki saatdan sonra bu qan testi həyata keçirilir.

Hemoqlobin A1c testi son 2 ilə 3 aydakı orta qan şəkəri səviyyələrini göstərir. Bu səviyyələrin dəyəri mütəxəssislər tərəfindən prediabet və ya diabet diaqnozunun qoyulması üçün istifadə olunur.

İnsulin dirəncinin müalicəsi

Düzgün yanaşmalar və həyat tərzində ediləcək dəyişikliklər ilə insulin dirəncini dayandırıb, tip 2 diabeti önləmək mümkündür. Bunun üçün idman etmək son dərəcə vacibdir. 

Gündə minimum 30 dəqiqə olmaqla həftədə ortalama 5 gün sürətli gəzinti kimi fiziki aktivliklər etmək, insulin müqavimətini azaltmaq üçün çox vacibdir.

Fiziki aktivliklərə əlavə olaraq sağlam bir şəkildə çəki alıb vermək də önəmlidir. 

Bu mövzudakı ən önəmli amil isə sağlam bir pəhriz ilə qidalanmaqdır. 

Bunun üçün: 

  • Meyvə 
  • Tərəvəz 
  • Kəpəkli taxıllar
  • Quru meyvələr (Qoz, fındıq və s.)
  • Balıq 
  • Lobya 
  • Paxlalılar və digər yağsız proteinlər ilə pəhriz etmək hədəflənməlidir.


İnsulin dirəncinin yalnız həyat tərzində edilən dəyişikliklər ilə nəzarət altına alına bilmədiyi hallarda, həkim tərəfindən qan şəkərini nəzarət altında saxlayacaq insulin müqaviməti dərmanı verilə bilər.

İnsulin dirənci üçün pəhriz

İnsulin dirənci  pəhrizi üçün xüsusi qidalara ehtiyac duyulmur. Sağlam olmayan yağ növlərini, şəkəri və emal edilmiş nişastaların istehlakını azaltmaq, buna əlavə olaraq daha çox tərəvəz, meyvə və kəpəkli taxılları istehlak etməyə yönəlmək yetərli olacaqdır. Ancaq vərdişləri dəyişdirmək şəxs üçün çətin ola bilər. 

Bu halda şəxsin pəhrizə olan yanaşması vacibdir. İlk növbədə sağlam və uzun müddətli vərdişləri mənimsəmək vacibdir. Ani çəki itkisinə səbəb olan şok pəhrizləri və ya oruc pəhrizləri bu vəziyyətdə faydalı olmur. 

Belə ki, yemək yeməyə olan yanaşmanın dəyişməsi lazımdır. Yavaş bir şəkildə qalıcı dəyişikliklər edilməli və yeni vərdişlər əldə edilməlidir. Yalnız şəkərli və qazlı içkiləri buraxmaq və ya azaltmaq belə bir addımdır.

Edilən pəhrizin şəxsin xoşuna gəlməsi, dad alma duyğusu ilə uyğun olması və beləliklə pəhrizi davam etdirməyə istək yaratması lazımdır. Həmçinin yemək əsla atlanmamalı, yemək atlamaq əvəzinə daha kiçik və çox miqdarda yemək hədəflənməlidir. 

Daha az yemək yeməyin daha az kalori və daha çox çəki azaltma mənasına gəldiyi düşünülsə də, bu doğru olmayan yanaşma yalnız insulin və qan şəkəri səviyyələrinin daim enib-qalxmasına, bu da bədənin daha çox qarın yağı saxlamasına səbəb ola bilər. 

Buna bağlı olaraq qarın yağlanması da bədənin insulinə qarşı müqavimət inkişaf etdirmə ehtimalını artırır.

Səhifənin məzmunu yalnız məlumat məqsədi daşıyır. Diaqnoz və müalicə üçün mütləq həkiminizlə məsləhətləşin.