Bir çox insan diabeti “şəkər xəstəliyi” kimi tanıyır. Lakin bu, məsələnin yalnız bir tərəfidir. Sadəcə diabet dediyimiz diabetes mellitus, qan dövranı sistemində yüksək səviyyədə qlükoza (şəkər) yaranması ilə ortaya çıxan xroniki bir xəstəlikdir.
Bir çox insan diabeti “şəkər xəstəliyi” kimi tanıyır. Lakin bu, məsələnin yalnız bir tərəfidir. Sadəcə diabet dediyimiz diabetes mellitus, qan dövranı sistemində yüksək səviyyədə qlükoza (şəkər) yaranması ilə ortaya çıxan xroniki bir xəstəlikdir. “Diabet” sözü Yunanca sifon (içindən maye axan ikiqat bükülmüş boru) ilə “bal kimi şirin” mənasını verən Latınca “mellitus” sözlərinin birləşməsidir. Bu ad xəstəliyi tam mənası ilə təsvir edir:
Daim susuzluq hiss etmək və tez-tez sidik ifrazı diabetə xas əlamətlərdir. Bu əlamətlər mədəaltı vəzinin kifayət qədər insulin istehsal etməməsindən və ya bədən toxumalarının insulinə qarşı müqavimətindən – və ya hər ikisinin birləşməsindən – qaynaqlanır. Bunun nə məna ifadə etdiyini anlamaq üçün, bədənimizdəki qlükozanın haradan gəldiyini, nə üçün istifadə edildiyini və insulin tərəfindən necə tənzimləndiyini bilmək lazımdır.
Diabetin ən çox görülən əlaməti artan susuzluq hissi və tez-tez sidik ifrazıdır. Bu başlanğıc əlamətləri çox vaxt qanda yüksək qlükoza səviyyəsinin elmi adı olan hiperqlisemiya ilə əlaqəlidir.
Həmçinin kişilərdə cinsi istəkdə azalma, erektil disfunksiya (ED) əlamətləri ortaya çıxarkən qadınlarda isə sidik yolu infeksiyaları, maya infeksiyası və quru, qaşınan dəri zədələri kimi simptomlar görülə bilir.
Bir neçə diabet növü olmaqla yanaşı, ən yaygın iki növ bunlardır:
– Tip 1 Diabet
– Tip 2 Diabet
Çox vaxt 30 yaşından əvvəl başlayır və normal çəkili insanlarda qəflətən ortaya çıxır. Bu növdə (əvvəllər insulindən asılı diabet kimi tanınırdı) immunitet sistemi mədəaltı vəzinin beta hüceyrələrinə hücum edərək onları məhv edir, beləliklə mədəaltı vəzi kifayət qədər insulin istehsal edə bilmir.
Çox vaxt uşaqlıq dövründə başladığı üçün, Tip 1 diabetə erkən yaşlarda ortaya çıxan diabet də deyilir.
Yetkinlərdə də ortaya çıxa bilər, amma buna çox daha nadir rast gəlinir. Tip 1 diabet sadəcə çəki itirərək və ya yediklərinə diqqət edərək sağala bilməyəcək ciddi bir xəstəlikdir.
Tip 1 diabetli xəstələr, qan şəkərinin ölümcül səviyyələrə yüksəlməsini əngəlləmək və uzun müddətli ağırlaşmalardan qaçınmaq üçün, hər gün bir neçə dəfə insulin iynəsi vurmaq məcburiyyətindədirlər.
Tip 1 diabetin başlanğıc əlamətləri çox vaxt ani, bəzən də olduqca dəhşət oyandırıcı bir formada özünü göstərir. İnsulin istehsalı azaldıqda qlükoza, enerji üçün ona ehtiyac duyan bədən hüceyrələrinə daşınacağı yerdə, qan dövranı sistemində yığılır. Əvvəl izah etdiyimiz kimi, qanda qlükoza artımı susuzluq hissinə yol açır və artan qlükozanın sidiyə qarışması tez-tez sidik ifrazına səbəb olur.
Əlavə olaraq, bədən daha çox yanacaq istehsal etmə cəhdi ilə yağ toxumalarını parçalamağa başlayır və yağ turşularını sərbəst buraxır. Bu yağ turşuları keton adlanan kimyəvi maddələrə metabolizə olunaraq, qandakı turşu səviyyəsini təhlükəli ölçülərə yüksəldir (buna ketoasidoz vəziyyəti deyilir). Diabet ketoasidozu başlanğıc əlamətləri:
kimi əlamətlərlə özünü göstərir. Ən aydın əlamətlərindən biri nəfəsin meyvə və ya dırnaq cilası təmizləyicisi (aseton) kimi qoxmasıdır. Diabetik ketoasidoz dərhal xəstəxanaya getməyi tələb edən təcili tibbi vəziyyətdir.
Tip 2 diabet adətən uzun illər boyunca yavaş-yavaş yaranır, ilk başlarda əlamətləri fərq edilməyə bilər. Əslində bir çox insanın Tip 2 diabetə tutulduğu, qanda yüksək qlükoza olduğunu göstərən rutin laboratoriya analizində ortaya çıxır. Qlükoza səviyyəsindəki yüksəlmə ilə birlikdə bir çox insanda əvvəllər bəhs etdiyimiz digər əlamətlər də görülür:
Bunlar müvəqqəti əlamətlərdir, daimi zərər buraxmır və qandakı qlükoza səviyyəsi nəzarət altına alındıqda yox olur. Bəzi insanlarda periferik neyropatiya (əl və ayaq sinirləri zərəri) və ya koronar ürək xəstəlikləri kimi ağırlaşmalar diabetin ilk işarələri kimi ortaya çıxa bilər. Bu ağırlaşmalar nəzarət altına alına bilər, lakin tamamilə yox edilə bilməz.
Diabet müalicəsində məqsəd qan şəkərinizi və digər risk faktorlarını (xolesterol və təzyiq kimi) nəzarət altında tutaraq, uzun müddətdə ağırlaşmaların meydana gəlməsinə fürsət verməməkdir. Bu məqsədə nə dərəcədə nail ola biləcəyiniz yaşınıza, çəkinizə, qidalanma və idman vərdişlərinizə, iş proqramınıza, əvvəlki sağlamlıq problemlərinizə və diabetinizin Tip 1 və ya Tip 2 olmasına görə dəyişiklik göstərəcəkdir.
Bütün faktorları nəzərə alan şəxsi bir müalicə planı tətbiq etməyiniz, ayrıca bu planı mütəmadi yerinə yetirmək üçün səbir və qətiyyət göstərməyiniz lazım olacaqdır.
Bu, bir çox diabetli üçün qan şəkəri səviyyəsini daima izləmək, müəyyən qidaları məhdudlaşdırmaq, çəki itirmək və ağızdan və ya inyeksiya yolu ilə dərman qəbul etmək mənasına gəlməkdədir.
Endokrinoloq Dr. Günel Rəcəbova endokrinoloji xəstəliklərin müasir üsullarla müayinə və müalicəsini həyata keçirir.