Endokrinoloq hormonlarla əlaqəli xəstəliklərin diaqnostikası və müalicəsi ilə məşğul olan həkimdir.
Endokrinoloji sistem bədəndə hormon istehsal edən vəziləri əhatə edir - qalxanabənzər vəzi, pankreas, böyrəküstü vəzilər, hipofiz vəzi və başqaları. Bu vəzilər hormonlar ifraz edir ki, bunlar da bədənin müxtəlif funksiyalarını tənzimləyir.
İnsulin dirənci, insan bədənindəki əzələlərin, yağların və qaraciyərdəki hüceyrələrin insulinə düzgün şəkildə reaksiya verə bilmədiyi və bu səbəbdən də enerji qazanmaq üçün qanda olan qlükozadan istifadə edə bilmədiyi vəziyyət kimi təyin edilir.
Zob xəstəliyi, tiroid vəzinin böyüməsi ilə ortaya çıxan və adətən boynun ön hissəsində şişkinlik və ya yumru şəklində hiss edilən bir vəziyyətdir.
Zobun ən geniş yayılmış səbəbləri arasında yod çatışmazlığı və autoimmun tiroid xəstəlikləri, xüsusilə Haşimoto tiroiditi və Qreyves xəstəliyi yer alır.
Endokrinoloq həkim Dr. Günel Rəcəbova endokrinoloji xəstəliklərin müasir üsullarla müayinə və müalicəsini həyata keçirir.