Şəkərli diabet: Əlamətləri və müalicəsi

Bir çox insan diabeti “şəkər xəstəliyi” kimi tanıyır. Lakin bu, məsələnin yalnız bir tərəfidir. Sadəcə diabet dediyimiz diabetes mellitus, qan dövranı sistemində yüksək səviyyədə qlükoza (şəkər) yaranması ilə ortaya çıxan xroniki bir xəstəlikdir.

Şəkərli Diabet Risk Testi

Simptomlarınızı yoxlayın və risk dərəcəsini öyrənin

Bu test Şəkərli Diabet (Tip 2) riskini qiymətləndirmək üçün 10 qısa sualdan ibarətdir.

Diqqət: Bu test tibbi diaqnoz deyil. Nəticələr yalnız məlumat xarakterlidir. Dəqiq diaqnoz üçün mütləq həkimə müraciət edin.
Sual 1/10 0%

Sual mətni...

Nəticəniz

Risk Səviyyəsi

Açıqlama...

Tövsiyələr:

Şəkərli diabet nədir?

Bir çox insan diabeti “şəkər xəstəliyi” kimi tanıyır. Lakin bu, məsələnin yalnız bir tərəfidir. Sadəcə diabet dediyimiz diabetes mellitus, qan dövranı sistemində yüksək səviyyədə qlükoza (şəkər) yaranması ilə ortaya çıxan xroniki bir xəstəlikdir.

“Diabet” sözü Yunanca sifon (içindən maye axan ikiqat bükülmüş boru) ilə “bal kimi şirin” mənasını verən Latınca “mellitus” sözlərinin birləşməsidir. Bu ad xəstəliyi tam mənası ilə təsvir edir:

Daim susuzluq hiss etmək və tez-tez sidik ifrazı diabetə xas əlamətlərdir. Bu əlamətlər mədəaltı vəzinin kifayət qədər insulin istehsal etməməsindən və ya bədən toxumalarının insulinə qarşı müqavimətindən – və ya hər ikisinin birləşməsindən – qaynaqlanır.

Bunun nə məna ifadə etdiyini anlamaq üçün, bədənimizdəki qlükozanın haradan gəldiyini, nə üçün istifadə edildiyini və insulin tərəfindən necə tənzimləndiyini bilmək lazımdır.

Şəkərli diabet əlamətləri

Diabetin ən çox görülən əlaməti artan susuzluq hissi və tez-tez sidik ifrazıdır. Bu başlanğıc əlamətləri çox vaxt qanda yüksək qlükoza səviyyəsinin elmi adı olan hiperqlisemiya ilə əlaqəlidir.

Diabetin ümumi əlamətləri:

Həmçinin kişilərdə cinsi istəkdə azalma, erektil disfunksiya (ED) əlamətləri ortaya çıxarkən qadınlarda isə sidik yolu infeksiyaları, maya infeksiyası və quru, qaşınan dəri zədələri kimi simptomlar görülə bilir.

Şəkərli diabet növləri

Şəkərli diabet əsasən üç əsas növə bölünür və hər birinin öz xüsusiyyətləri var:

1-ci tip şəkərli diabet adətən uşaqlıq və ya gənclik dövründə meydana çıxır. Bu halda mədəaltı vəzi (pankreas) insulin istehsal edə bilmir və ya çox az miqdarda istehsal edir.

Səbəb immunitet sisteminin insulini istehsal edən beta hüceyrələrini səhvən hücum edərək məhv etməsidir. Bu avtoimmmun prosesdir və xəstələr ömürlük insulin terapiyasına ehtiyac duyurlar.

2-ci tip şəkərli diabet ən çox yayılmış formasıdır və xəstələrin təxminən 90%-ini təşkil edir. Bu növdə orqanizm insulin istehsal edir, lakin hüceyrələr insulinə müqavimət göstərir (insulin rezistensliyi).

Zamanla mədəaltı vəzi kifayət qədər insulin istehsal edə bilməyə başlayır. 2-ci tip diabet əsasən böyüklərdə, xüsusilə 40 yaşdan sonra rast gəlinir və artıq çəki, hərəkətsiz həyat tərzi və genetik amillərlə əlaqəlidir.

Hamiləlik diabeti hamiləlik dövründə meydana çıxan yüksək qan şəkəri halıdır. Hamilə qadınların təxminən 2-10%-də rast gəlinir və adətən doğuşdan sonra normal səviyyəyə qayıdır. Lakin bu qadınlarda gələcəkdə 2-ci tip diabet inkişaf etmə riski yüksəkdir.

Tip 1 diabet nədir?

Çox vaxt 30 yaşından əvvəl başlayır və normal çəkili insanlarda qəflətən ortaya çıxır. Bu növdə (əvvəllər insulindən asılı diabet kimi tanınırdı) immunitet sistemi mədəaltı vəzinin beta hüceyrələrinə hücum edərək onları məhv edir, beləliklə mədəaltı vəzi kifayət qədər insulin istehsal edə bilmir. 

Çox vaxt uşaqlıq dövründə başladığı üçün, Tip 1 diabetə erkən yaşlarda ortaya çıxan diabet də deyilir.

Yetkinlərdə də ortaya çıxa bilər, amma buna çox daha nadir rast gəlinir. Tip 1 diabet sadəcə çəki itirərək və ya yediklərinə diqqət edərək sağala bilməyəcək ciddi bir xəstəlikdir.

Tip 1 diabetli xəstələr, qan şəkərinin ölümcül səviyyələrə yüksəlməsini əngəlləmək və uzun müddətli ağırlaşmalardan qaçınmaq üçün, hər gün bir neçə dəfə insulin iynəsi vurmaq məcburiyyətindədirlər.

Tip 1 diabet əlamətləri hansılardır?

Tip 1 diabetin başlanğıc əlamətləri çox vaxt ani, bəzən də olduqca dəhşət oyandırıcı bir formada özünü göstərir. İnsulin istehsalı azaldıqda qlükoza, enerji üçün ona ehtiyac duyan bədən hüceyrələrinə daşınacağı yerdə, qan dövranı sistemində yığılır. Əvvəl izah etdiyimiz kimi, qanda qlükoza artımı susuzluq hissinə yol açır və artan qlükozanın sidiyə qarışması tez-tez sidik ifrazına səbəb olur. 

Əlavə olaraq, bədən daha çox yanacaq istehsal etmə cəhdi ilə yağ toxumalarını parçalamağa başlayır və yağ turşularını sərbəst buraxır. Bu yağ turşuları keton adlanan kimyəvi maddələrə metabolizə olunaraq, qandakı turşu səviyyəsini təhlükəli ölçülərə yüksəldir (buna ketoasidoz vəziyyəti deyilir). Diabet ketoasidozu başlanğıc əlamətləri:

  • Həddindən artıq susama və sidik ifrazı
  • Dehidrasiya
  • Çəki itkisi
  • Mədə bulanması, qusma
  • Aclıq hissi
  • Dəridə quruluq və qızarma
  • Sürətli nəfəs alma
  • Qarın ağrısı
  • Şüur bulanıqlığı


kimi əlamətlərlə özünü göstərir. Ən aydın əlamətlərindən biri nəfəsin meyvə və ya dırnaq cilası təmizləyicisi (aseton) kimi qoxmasıdır. Diabetik ketoasidoz dərhal xəstəxanaya getməyi tələb edən təcili tibbi vəziyyətdir.

Tip 2 diabet əlamətləri hansılardır?

Tip 2 diabet adətən uzun illər boyunca yavaş-yavaş yaranır, ilk başlarda əlamətləri fərq edilməyə bilər. Əslində bir çox insanın Tip 2 diabetə tutulduğu, qanda yüksək qlükoza olduğunu göstərən rutin laboratoriya analizində ortaya çıxır. Qlükoza səviyyəsindəki yüksəlmə ilə birlikdə bir çox insanda əvvəllər bəhs etdiyimiz digər əlamətlər də görülür:

  • Sidik ifrazının tezləşməsi
  • Artan susama və maye istehlakı
  • İrəli mərhələlərdə aclıq hissi
  • Yemək yemə miqdarı artdığı halda çəki itkisi
  • Görmədə bulanıqlıq
  • Halsızlıq və yorğunluq
  • Təkrarlanan vaginal göbələk infeksiyaları

Bunlar müvəqqəti əlamətlərdir, daimi zərər buraxmır və qandakı qlükoza səviyyəsi nəzarət altına alındıqda yox olur.

Bəzi insanlarda periferik neyropatiya (əl və ayaq sinirləri zərəri) və ya koronar ürək xəstəlikləri kimi ağırlaşmalar diabetin ilk işarələri kimi ortaya çıxa bilər. Bu ağırlaşmalar nəzarət altına alına bilər, lakin tamamilə yox edilə bilməz.

Şəkərli diabet nədən yaranır?

Şəkərli diabetin səbəbləri növündən asılıdır. 1-ci tip diabetin dəqiq səbəbi məlum deyil, lakin genetik meyillik və ətraf mühit faktorları rol oynayır. Viruslar və digər infeksiyalar immunitet sistemini tetikleyə bilər.

2-ci tip diabetin risk faktorları bunlardır:

Artıq çəki və piylənmə ən əhəmiyyətli risk faktorudur. Bədən kütlə indeksi (BKİ) 25-dən yuxarı olanlar risk altındadır. Hərəkətsiz həyat tərzi insulin həssaslığını azaldır və çəki artımına səbəb olur. Ailə tarixində diabet olması riski 2-3 dəfə artırır.

Yaş amilinə gəldikdə isə, 45 yaşdan sonra risk artır, lakin son illərdə gənclərdə və hətta uşaqlarda da 2-ci tip diabet halları artmaqdadır. Polikitoik over sindromu (PKOS) olan qadınlarda diabet riski yüksəkdir. Yüksək qan təzyiqi və ya qanda yağ (lipid) səviyyəsinin pozulması da risk faktoru hesab olunur.

Irqi və etnik mənsubiyyət də rol oynayır. Afrikalılar, latınoamerikanlılar, Amerika hindularıylə və Asiya mənşəli insanlarda risk daha yüksəkdir. Hamiləlik diabeti keçirmiş qadınlar və 4 kq-dan çox uşaq doğmuş qadınlar da risk qrupundadır.

Diaqnostika metodları

Şəkərli diabetin diaqnozu qan testləri ilə qoyulur. Əsas diaqnostika metodları bunlardır:

Açlıq qan şəkəri testi ən sadə və tez-tez istifadə olunan metoddur. 8 saat aclıqdan sonra qan nümunəsi götürülür. Normal: 70-99 mq/dl, Prediabet: 100-125 mq/dl, Diabet: 126 mq/dl və yuxarı (iki ayrı testdə).

HbA1c testi (Qlikozilləşmiş hemoglobin) son 2-3 ayda orta qan şəkəri səviyyəsini göstərir. Normal: 5,7% altında, Prediabet: 5,7-6,4%, Diabet: 6,5% və yuxarı.

Oral qlükoza tolerantlığı testi (OGTT) hamiləlik diabetinin diaqnostikasında istifadə olunur. Açlıqdan sonra qan götürülür, sonra şirin məhlul içilir və 2 saat sonra yenidən qan götürülür. Normal: 140 mq/dl altında, Prediabet: 140-199 mq/dl, Diabet: 200 mq/dl və yuxarı.

Təsadüfi qan şəkəri testi günün istənilən vaxtı aparılır və 200 mq/dl və yuxarı nəticə diabet simptomları ilə birlikdə olduqda diaqnoz qoyulur.

Diaqnoz qoyulduqdan sonra göz müayinəsi, böyrək funksiyası testləri, lipid profili və digər müayinələr də aparılır.

Şəkərli diabet müalicəsi

Şəkərli diabetin müalicəsi xəstəliyin növündən, ağırlığından və xəstənin ümumi vəziyyətindən asılıdır.

1-ci tip diabetin müalicəsi insulin terapiyasını əhatə edir. Xəstələr gündə bir neçə dəfə insulin iynəsi vurmalı və ya insulin pompası istifadə etməlidirlər. Müxtəlif növ insulinlər mövcuddur: sürətli təsirli, qısa təsirli, orta təsirli və uzun təsirli insulinlər.

2-ci tip diabetin müalicəsi mərhələli yanaşma tələb edir. İlk mərhələdə həyat tərzi dəyişiklikləri əsas şərtdir: sağlam qidalanma, fiziki aktivlik artımı və çəki itkisi. Əgər bu tədbirlər kifayət etmirsə, dərman müalicəsi başlanır.

Metformin adətən ilk seçim olan dərmandır və insulinə həssaslığı artırır. Sulfonilurea qrupu dərmanlar mədəaltı vəzinin daha çox insulin istehsal etməsinə kömək edir. DPP-4 inhibitorları və GLP-1 aqonistləri qan şəkərini tənzimləməyə və çəki itkisinə kömək edir. SGLT2 inhibitorları böyrəklərin şəkəri sidikdə atmasına səbəb olur və ürək-damar sisteminə faydalıdır.

Bəzi hallarda 2-ci tip diabetli xəstələrə də insulin terapiyası tələb oluna bilər.

Şəkərli diabetdə qidalanma

Düzgün qidalanma diabetin idarə olunmasında həlledici rol oynayır. Karbohidrat sayımı qan şəkərini nəzarət altında saxlamağa kömək edir. Sadə şəkərlər əvəzinə kompleks karbohidratlar üstünlük verilməlidir.

Tövsiyə olunan qidalar tam taxıllar (qəhvəyi düyü, yulaf), tərəvəzlər (xüsusilə yaşıl yarpaqlı), meyvələr (ölçülü miqdarda), yağsız protein mənbələri (quş əti, balıq, paxla), sağlam yağlar (zeytun yağı, qoz-fındıq) və süd məhsullarıdır.

Məhdudlaşdırılmalı qidalar arasında ağ çörək və unlu məmulatlar, şəkərli içkilər və desertlər, işlənmiş ət məhsulları, trans yağlar və qızardılmış qidalar sayılır.

Xəstələr qida porsiyalarını nəzarət etməli, müntəzəm yeməli və şəkərli içkilərdən çəkinməlidirlər. Dietetiklə məsləhətləşmək faydalı olar.

Tez-Tez verilən suallar

Şəkərli diabet əlamətləri hansılardır və nə vaxt həkimə müraciət etməliyəm?

Şəkərli diabetin ən çox rast gəlinən əlamətləri arasında həddindən artıq susuzluq, tez-tez sidik ifrazı (xüsusilə gecələr), izah edilməyən arıqlama, daimi yorğunluq, bulanıq görmə və yaraların yavaş sağalması sayılır.

Əgər bu simptomlardan bir neçəsini eyni vaxtda yaşayırsınızsa, mütləq endokrinoloqa müraciət etməlisiniz. Xüsusilə ailənizin tarixində diabet varsa, 45 yaşdan yuxarısınızsa və ya artıq çəkiniz varsa, bu əlamətləri ciddi qəbul etmək lazımdır.

Erkən diaqnoz ağırlaşmaların qarşısının alınması üçün çox vacibdir və müalicənin effektivliyini əhəmiyyətli dərəcədə artırır.

Şəkərli diabet nə üçün təhlükəlidir və hansı ağırlaşmalara səbəb olur?

Şəkərli diabet nəzarətsiz buraxıldıqda orqanizmdə bir çox ciddi ağırlaşmalara səbəb ola bilər. Uzun müddət yüksək qan şəkəri damarları və sinirləri zədələyir.

Bu, ürək-damar xəstəlikləri, infarkt və insult riskini 2-4 dəfə artırır. Diabetik nefropatiya böyrəkləri zədələyir və böyrək çatışmazlığına gətirib çıxara bilər.

Gözlərdə diabetik retinopatiya inkişaf edərək korluğa səbəb ola bilər. Sinir zədələnməsi (neuropatiya) əllərdə və ayaqlarda hiss itkisinə, ağrıya səbəb olur.

Ayaq yaralarının sağalmaması infeksiya və bəzən amputasiya ilə nəticələnə bilər. Odur ki, qan şəkərinin müntəzəm nəzarəti və düzgün müalicə həyati əhəmiyyət daşıyır.

Şəkərli diabet zamanı nələr yemək olar və nələrdən çəkinmək lazımdır?

Şəkərli diabetdə qidalanma rejimi çox vacibdir. Yemək olar: tam taxıllı çörək və məhsullar, qəhvəyi düyü, yulaf, keçi, kinoa, bütün növ tərəvəzlər (xüsusilə yaşıl yarpaqlı), meyvələr (ölçülü miqdarda, xüsusilə alma, gilas, qayısı), yağsız protein mənbələri (toyuq, hinduşka, balıq, yumurta, paxla), qoz-fındıq və toxumlar, yağsız süd məhsulları.

Məhdudlaşdırılmalı qidalar: ağ çörək, şəkərli içkilər, şirniyyat və desertlər, fast food, işlənmiş ət məhsulları, trans yağlar, kartof çipsi və qəlyanaltılar, qızardılmış qidalar.

Ən yaxşısı dietetiklə məsləhətləşərək fərdi qidalanma planı hazırlamaqdır. Porsiya ölçüsünü nəzarət etmək, müntəzəm yeməli (günə 3 əsas və 2-3 qəlyanaltı) və karbohidrat sayımını öyrənmək faydalıdır.

Qeyd: Bu məqalə yalnız məlumat xarakteri daşıyır və peşəkar tibbi məsləhətin yerini tuta bilməz. Diaqnoz və müalicə üçün mütləq həkimə müraciət edin.