Sonsuzluq nədir?

Sonsuzluq 1 il ərzində qorunmadan, requlyar sayda nizamlı cinsi əlaqədə olmasına baxmayaraq hamiləliyin meydana gəlməməsidir. Evli cütlüklərin 10-15%-də sonsuzluqla rastlanılır. Sonsuzluq birincili və ikincili olmaqla iki yerə ayrılır. Heç vaxt hamilə olmayanlarda birincili sonsuzluq, daha əvvəl hamilə qala bilmiş, lakin hazırda hamilə qala bilməyənlərə isə ikincili sonsuzluq deyilir.

Requlyar cinsi həyat yaşayan cütlüklərdə aylıq hamiləlik şansı 20-25% təşkil edir. İlk 3 ay ərzində 50%, 6 ay ərzində 75% , 1 il ərzində isə 85% hallarda hamiləlik baş verir. Bu baxımdan yeni ailə qurmuş cütlüklərə (30 yaşa qədər) 12 ay gözləmələri məsləhət görülür. Sonsuz cütlüklərin təxminən 30-40%-ni kişi, 40-50%-ni isə qadın faktoru təşkil edir. Bəzi cütlüklərin hər ikisində birdən problem olur. Buna görə sonsuz cütlüklər mütləq birlikdə araşdırılmalıdır, yalnız qadının, ya da yalnız kişinin araşdırılması yetərli deyil. Cütlüklərdən birində problem olarsa belə eyni anda digərində də problem ola bilər.

Qadın sonsuzluğu nədən yarana bilər?

Ovulyator diskfunksiya (follikulun partlamaması və ya yetərsiz yumurta hüceyrənin olması)
Uşaqlıq borularının keçiriciliyinin pozulması. Uşaqlıq borularının keçiriciliyinin pozulmasının әn yayılmış sәbәbi iltihabdır. İltihabın sәbәbi isә cinsi yolu ilә keçәn infeksiyalar (xüsusilə xlamidiya), abortdan sonra baş vermiş infeksion ağırlaşmalardır. İltihabi proses nәticәsindә kiçik çanaq boşluğunda bitişmәlәr (sinexiyalar) әmәlә gәlir. Bitişmәlәr borunun mәnfәzini tam vә ya qismәn bağlaya bilәr, borunu daralda bilәr, fibriyaların quruluşunu poza bilәr vә s. Uşaqlıq borusu vә yumurtalıq arasında olan bitişmәlәr ovulyasiyadan sonra yumurtalıqdan çıxan yumurta hüceyrәsinin boruya düşmәsinә mane olur. Bitişmәlәr kiçik çanaq boşluğu orqanlarında aparılan cәrrahiyyә әmәliyyatlarından sonra da әmәlә gәlә bilәr (miomaların vә kistaların xaric edilmәsi, keysәriyyә әmәliyyatı vә s.). Bәzi hallarda bitişmәlәr appendiksin xaric edilmәsindәn sonra әmәlә gәlir. Uşaqlıq borularının keçiriciliyinin pozulması adәtәn özünü heç bir әlamәtlә büruzә vermir vә qadın sonsuzluqla bağlı olan müayinәlәrdәn keçdikdә aşkar olunur.

Qadın sonsuzluğu zamanı xarici faktorların təsiri

İlk öncə siqaretdir. Nikotin yumurtalığın keyfiyyətini pozur və döllənmənin çətinləşdirir və süni mayalanmada belə hamiləlik şansını azaldır. Spirt də daha az miqdarda olmaqla birlikdə yenə hamilə qalma şansını azaldır.

Qadının çox arıq və çox kök olması, yəni qidalanma problemləri ovulyasiyaya təsir edib sonsuzluğa yol aça bilər. Buna görə də çox arıq və ya çox kök olanlar bu mövzuda həkimə müraciət etməlidirlər. Son zamanlar aparılan araşdırmalara görə çirkli hava xərçəng və ürək-damar xəstəliklərinin yaranma riskini artırdığı kimi sonsuzluq riskinidə artırır. Anti-Müller hormon (AMH) – yumurtalıqda follikullardakı hüceyrələr tərəfindən əmələ gələn bir proteindir. AMH səviyyəsinə baxaraq yumurtalıq rezervi (hamiləlik şansı) qiymətləndirilir. Aparılan araşdırmalara görə yüksək hava çirkliliyi yumurtalıq rezervinə mənfi təsir göstərir. Bəzi araşdırmalara görə havanın çirklənməsi spermanın keyfiyyətinədə mənfi təsir göstərir.
Bu araşdırmaların nəticəsi olaraq ətrafdakı toksinlərdən uzaq durmaq məsləhət görülür.

Sonsuzluğun qarşısı necə alına bilər?

Sonsuzluq problemlərindən əziyyət çəkən cütlüklərdə problem həm kişilərdə, həm də qadınlarda bərabər şəkildə, bəzən hər iki şəxsdə problem aşkar edilə bilər. Sonsuzluq problemlərindən əziyyət çəkən cütlərin təxminən 10-15% -ində nə qadın, nə də kişidə heç bir səbəb tapılmır.
Bəzi fərdlərdə və ya bir cəmiyyətdə sonsuzluq problemlərinə səbəb ola biləcək risklərin qarşısını almaq və ya minimuma endirmək üçün bəzi tədbirlər görülə bilər. artırdığı kimi sonsuzluq riskinidə artırır. Anti-Müller hormon (AMH) – yumurtalıqda follikullardakı hüceyrələr tərəfindən əmələ gələn bir proteindir. AMH səviyyəsinə baxaraq yumurtalıq rezervi (hamiləlik şansı) qiymətləndirilir. Aparılan araşdırmalara görə yüksək hava çirkliliyi yumurtalıq rezervinə mənfi təsir göstərir. Bəzi araşdırmalara görə havanın çirklənməsi spermanın keyfiyyətinədə mənfi təsir göstərir. Bu araşdırmaların nəticəsi olaraq ətrafdakı toksinlərdən uzaq durmaq məsləhət görülür. 

Siqaret, spirt, narkotik kimi zərərli vərdişlərdən qaçın.
Stresdənn uzaq durun
Sağlam yemək qaydalarına diqqət yetirin, həddindən artıq kilo almayın.
Qadınların hər il müntəzəm ginekoloji müayinə olması bəzi xəstəliklərin erkən diaqnozu ilə sonsuzluğun qarşısını almaqda kömək edə bilər.
Cinsi yolla ötürülən bəzi xəstəliklər kişilərdə və qadınlarda sonsuzluq problemlərinə səbəb olur. Bu səbəblə belə xəstəliklərin qarşısını almaq üçün risk yarada biləcək əlaqələrdən qaçınmaq və ya qoruyuculardan istifadə edilməsi vacibdir.
Risk yarada biləcək əlaqələrdə qoruyucu istifadə edilməli və insanların bu barədə məlumatlandırılması. – Cəmiyyətdə cinsi yolla ötürülən xəstəliklər üçün riskli şəxslər müntəzəm olaraq yoxlanılmalıdır.
Evlilik, hamiləlik və planlar zamanı yaş faktorunu nəzərdən keçirmək lazımdır, çünki yaş artımı xüsusilə qadınlarda reproduktiv potensialı azaldır.
Əgər kimyəvi maddələrlə əlaqəli bir iş yerində işləyirsinizsə, bu maddələrlə nəfəs almanın və ya kontaktda olmanın sonsuzluqla əlaqəli olub olmadığını araşdırmaq lazımdır.
Kişilərdə enməmiş testis və ya varikosel kimi sperma keyfiyyətini azaldacaq xəstəliklərin erkən aşkarlanması və müalicə edilməlidir.

Təqlər :